Tomas Tuhel: “Bizi çətin oyun gözləyir”
21 oktyabr 2015 21:50 (UTC +04:00)

Tomas Tuhel: “Bizi çətin oyun gözləyir”

0

Apasport.az saytı xəbər verir ki, bu sözləri “Borussiya”nın baş məşqçisi Tomas Tuhel deyib.

 

Dortmund klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qəbələ”nin qonağı olacaq. Bu gün mətbuat konfransı keçirən almanların baş məşqçisi ehtiyatlı danışıb: “Bizi çətin oyun gözləyir. Buna baxmayaraq, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

 

- Şmeltser sabahkı oyuna hazırdımı?

- Bir çox müdafiəçimiz var. Amma Şmeltserin özü də hazırdı. Bununla bağlı sabah qərar veriləcək.

 

- Oyuna o qədər də çox vaxt qalmayıb. Həyəcanlısızmı?

- Təbii ki. Rəqibin kimliyindən asılı olmayaraq, həyəcan olur. Rəqibə hörmətlə yanaşırıq. Biz sabah əlimizdən gələni etməyə çalışacağıq. Özümüzə inanırıq və məqsədimiz var. Gərək rəqibə qarşı diqqətli olaq. Topla yaxşı oynamalıyıq.

 

- Henrik Mxitaryanın yoxluğu oyununuza necə təsir edəcək?

- Təəssüf olsun ki, Mxitaryan siyasi məsələ ilə bağlı bura gələ bilməyib. Sabahkı matçda önəmli oyunçumuzu itirmiş olduq. Amma onun əvəzində çıxış edə biləcək başqa futbolçular var. Məsələn, Yonas Hofmann sabah əsas heyətdə yer ala bilər.

 

- “Maynts”la qarşılaşma Marko Roys 2 qola imza atdı. O, artıq əvvəlki formasını bərpa edibmi?

- Roys penaltini yerinə yetirə bilməsə də, nəticəyə təsir edən 2 qol vurdu. Yavaş-yavaş əvvəlki formasına qayıdır. Biz “Maynts” üzərində əzmkar qələbə qazandıq. “Qəbələ” ilə matçda da Roysun xidmətindən istifadə edə biləcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar