Toğrul Əsgərov Azərbaycan millisindən imtina etdi? - <span style="color:red;">Sensasion iddia
29 iyun 2017 17:17 (UTC +04:00)

Toğrul Əsgərov Azərbaycan millisindən imtina etdi? - Sensasion iddia

 

Azərbaycan güləş milli komandasının üzvü, olimpiya çempionu Toğrul Əsgərovun millidə çıxışından imtina etməsi ilə bağlı xəbər yayılıb.

Lent.az-ın məlumatına görə, idmançı bu barədə özünün feysbuk səhifəsində şəkil paylaşıb. Şəkildə Toğrul Əsgərov Azərbaycan millisindən imtina etdiyini, bundan sonra Türkmənistan millisinin şərəfini qoruyacağını bildirib.

Lent.az bu məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayevlə əlaqə saxlayıb. O, məsələdən xəbərsiz olduğunu deyib: “Toğrul hazırda əməliyyatla bağlı xarici ölkədədir. O, boynundan əməliyyat olunmalıdır. Bakıya gələndən sonra məsələ ilə bağlı dəqiq məlumat vermək olar”.

İdmançının özü isə dünya çempionu Hacı Əliyevlə birgə həqiqətən də Türkmənistanda olduğunu bildirən şəkil paylaşıb.  

Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov Report-a bildirib ki, hər iki sərbəst güləşçi Türkmənistan Güləş Federasiyasının tədbirinə dəvət aldıqları üçün Aşxabadda olub. Lakin F.Umudov T.Əsgərovun Türkmənistan yığmasında çıxış edəcəyinə inanmadığını bildirib: "Bu gün Toğrul İstanbula əməliyyat olunmağa yollanıb. Bakıya qayıdandan sonra özü ilə danışacağıq. İnanmıram ki, belə bir qərar versin. O, gözümüzün qarşısında yetişib. Əsgərovu heç yerə buraxmayacağıq".

 

H.Əliyev isə T.Əsgərovun Türkmənistandan təklif aldığını təsdiqləyib: "Mənə yox, Toğrula təklif oldu. Onun təklifi qəbul edib-etmədiyini bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Özü Bakıya sabah qayıdacaq. Əsgərovdan soruşarsınız, hər şeyi deyər".

 

T.Əsgərov telefon zənglərinə cavab vermir. 

# 337
avatar

Səlcuq Elçin

Oxşar yazılar