Təyyarə qəzasından sağ çıxan futbolçular əlil qaldılar
30 noyabr 2016 13:24 (UTC +04:00)

Təyyarə qəzasından sağ çıxan futbolçular əlil qaldılar

Braziliyadan Kolumbiyaya səfər zamanı təyyarə qəzası nəticəsində əksər futbolçusu həlak olan “Şapekoense” klubunun sağ qalan iki üzvünün futbol karyerası başa çatıb. Apasport.az-ın Braziliya mətbuatına istinadən məlumatına görə, buna səbəb həmin oyunçuların əlil qalmasıdı.

 

77 nəfərin həlak olduğu qəzanın ardından futbolçulardan yalnız Danilo Padilya, Alan Ruşel və Cekson Follmanı xəstəxanaya sağ çatdırmaq mümkün olmuşdu. Danilo sonradan xəstəxanada keçinmişdisə, digər iki futbolçu sağ qalıb. Lakin onlar bundan sonra normal həyat sürə bilməyəcəklər.

 

Follmanın bir ayağı amputasiya edilib. Həkimlər xəstəliyin bütün bədənə yayılmasından daxili orqanları sıradan çıxarmasından qorxaraq, onun ayağını kəsmək qərarına gəliblər. Hələ də hərəkətsiz vəziyyətdə olan Ruşelin durumu da kritik olaraq qalır. Həkimlər onurğasından ciddi zərbə alan futbolçunun iflic qalmaq ehtimalının yüksək olduğunu bildiriblər.

 

Qeyd edək ki, Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayan təyyarənin içində 81 nəfər olub və onlardan yalnız 4-ü sağ qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar