Azərbaycan milli komandasının sabiq futbolçusu, “AZAL” futbol klubunun baş məşqçisi Tərlan Əhmədova fəxri ad verilib.
Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Tərlan Əhmədova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə fəxri ad verilib. “Xəzər Lənkəran”a qarşı oyundan sonra klubun vitse-prezidenti Fikrət Hüseynov paltardəyişmə otağında T.Əhmədova vəsiqəni və döş nişanını təqdim edib.