Tehran «Traktor»un oyunçularını ələ keçirmək istəyir
01 iyun 2013 23:47 (UTC +04:00)

Tehran «Traktor»un oyunçularını ələ keçirmək istəyir

Bu il futbol üzrə İran birinciliyində gümüş medal qazanmış Təbrizin «Traktor» klubunun oyunçularını Tehran ələ keçirməyə çalışır.

 

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, Tehranın «Perspolis» komandasının rəhbərliyi «Traktor» oyunçularına bir milyard tüməndən (bir manat təxminən 4300 tüməndir) yuxarı pul təklif edib.

 

Yerli müşahidəçilərin fikrincə, bununla da həmin oyunçuları «Traktor»dan almaqla Təbriz klubunun zəiflətməyə çalışırlar.

 

Onların rəyincə, Tehran klubu cari il  il keçən il olduğu kimi Azərbaycan komandasına qarşı fitnəkarlıq etməkdədir. Həmin klub tərəfindən «Traktor»un oyunçularının çoxuna əlavə pul təklif edilib.

 

Təkliflərin əksinə, «Traktor» klubunun kapitan və müdafiəçisi Mürtəza Əsədi 4-cü il olaraq öz komandası ilə  müqavilə bağlayıb. O,  klubun yeni rəhbəri Zeynizadə ilə müzakirə aparıb və daha bir il müddətinə komandad da qalacağını qərarlaşdırıb. 


Mənbə bildirib ki, ümumiyyətlə, «Traktor»da da ciddi dəyişikliklər edilməkdədir. Yeni oyunçular gətirilir, əvvəlki oyunçuların bəziləri isə klubdan ayrılır. 

# 841
avatar

Oxşar yazılar