Almaniyanın və “Çelsi”in təcrübəli yarımmüdafiəçisi Marko Marin karyerasını İtaliyada davam etdirəcək. Lent.az-ın məlumatına görə, futbolçu “Fiorentina” klubuna transfer olub. İtalyan klubu bu transferə görə 5 milyon avro xərcə düşüb.
Qeyd edək ki, Marko Marin keçən mövsümü icarə əsasında İspaniyanın “Sevilya” klubunda keçirib.