Əfsanəvi futbolçu tanınmaz hala düşdü
27 avqust 2014 15:12 (UTC +04:00)

Əfsanəvi futbolçu tanınmaz hala düşdü

0

Əfsanəvi futbolçu Pol Qaskoyn alkoqolizmdən müalicə olunur. Lent.az-ın qol.az-a istinadən verdiyi xəbərə görə, bir neçə gün əvvəl evinin önündə huşsuz vəziyyətdə tapılan Qaskoyn xəstəxanaya yerləşdirilib. Həftəsonunu həkim nəzarəti altında müalicə olunan P.Qaykoynun səhhətinin yaxşılaşdığı bildirilir. Ancaq 47 yaşlı keçmiş oyunçunun daha da yaşlanması və tanınmaz hala düşməsi hər kəsi təəccübləndirib.

 

Onun üç milyon avroluq evini tərk edərək küçələrdə yaşadığı da iddia edilib.

 

Qeyd edək ki, P.Qaykoyn spirtli içki və narkotikdən istifadə etdiyi üçün on il əvvəl futbolçu karyerasını başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2474

Oxşar yazılar