“Qəbələ”nin Azərbaycan kubokunun 1/4 finalında “Qarabağ”la cavab oyununu klub prezidenti Tale Heydərov canlı izləyib. Apasport.az saytının məlumatına görə, komanda rəhbəri 2:1 hesablı qələbədən sonra futbolçuları və məşqçilər korpusunu təbrik edib.
Qeyd edək ki, ilk görüşdə qolsuz heç-heçə qeydə alınmışdı.