Syomin Aleksandr Əliyevi “Qəbələ”yə gətirir
03 iyun 2013 10:55 (UTC +04:00)

Syomin Aleksandr Əliyevi “Qəbələ”yə gətirir

Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun futbolçusu Aleksandr Əliyev “Qəbələ”yə keçə bilər. Lent. az-ın “korrespondent.net”ə istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisinin yeni baş məşqçisi Yuri Syomin özünə tanış olan oyunçulara arxalanmaq niyyətindədir.

 

Rusiyalı mütəxəssislə hələ Moskva “Lokomotiv”ində işləmiş futbolçulardan 3-ünün “Qəbələ”də peyda olacağı deyilir. Əliyevin də Syominin diqqət mərkəzinə düşdüyü istisna deyil. Çünki onlar həm “Dinamo”, həm də “Lokomotiv”də birgə çalışıblar.  

 

Klub rəhbərliyi yerli oyunçuların kluba transferini öz üzərinə götürsə də, legionerləri baş məşqçinin istəyilə həyata keçirmək niyyətindədir. Habelə, Syominə komanda ilə bağlı istənilən qərarı qəbul etmək hüququ verilib. Amma bir şərtlə: “Qəbələ” gələn mövsüm Avropa kuboklarına vəsiqə qazanmalıdır. Əks halda, təcrübəli mütəxəssis istefaya göndəriləcək.

 

Qeyd edək ki, “Qəbələ” Yuri Syominlə 1+1 şərti ilə müqavilə bağlayıb. 28 yaşlı Aleksandr Əliyev Rusiyanın Xabarovsk şəhərində doğulsa da, ata babasının Azərbaycan kökləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

Oxşar yazılar