Syerra-Liona futbolçuları «danışılmış oyuna» görə cəzalandırılıb
17 iyul 2014 05:55 (UTC +04:00)

Syerra-Liona futbolçuları «danışılmış oyuna» görə cəzalandırılıb

Syerra-Liona Futbol Birliyinin qərarı ilə ölkə yığmasının 4 futbolçusu, o cümlədən İbrahim Karqbo oyunlardan kənarlaşdırılıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar danışılmış oyunların təşkilində şübhəli bilinirlər.

 

Daha 3 hakim və 8 idman məmuru da şübhəlilər sırasındadır.

 

Futbol Birliyinin rəhbərliyi ehtimal edir ki, onlar 2008-ci ildə Afrika Millətlər Kuboku uğrunda yarışda oyunların nəticələrini razılaşdırılmasında iştirak ediblər.

 

Məlumatlara əsasən, şübhəlilər 0:5 hesabı ilə uduzmağa razılaşdırıbmış, ancaq bəzi oyunçular bu planı pozub və nəticə 0:0 hesabı ilə başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar