“Klubla müqaviləmin müddəti başa çatmaq üzrədir. Burda qalıb-qalmayacağımı deyə bilmərəm”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin hücumçusu Daniyel Subotiç deyib.
Serbiyalı forvard “Qəbələ”ni tərk edə biləcəyini istisna etməyib: “Qəbələ”də əla mövsüm keçirdim. Burda hər şey məni qane edir. Bu komanda, Bakı və ölkəniz haqqında əla təəssüratlarım var. Burda qalsam, yaxşı olar. “Qəbələ” böyük klubdur. Amma bu komandada qalacağımı bilmirəm. Başqa komandalardan da təkliflər olub. İstirahətdən sonra hər şeyə aydınlıq gətirəcəm”.
Subotiç Topaz Premyer Liqasının son turunda “Sumqayıt” və ölkə kubokunun finalında “Neftçi” ilə oyunlar haqqında da danışıb: “Bu 2 oyun bizim üçün çox vacibdir. Sabah “Sumqayıt”la görüşdə 3-cü pilləni qazana bilərik. Bizim mükafatçılar sırasına düşməyimiz “Simurq” – “Neftçi” matçından da asılıdır. Uğur qazanmaq istəyirik. Mövsümün ən vacib oyunu isə “Neftçi”yə qarşı olacaq. Ölkə kubokunu qazanmaq bizim əsas məqsədimizdir. Ondan sonra isə hər şeyə qərar verəcəyik”.