
Suaresin dişlədiyi futbolçu cəzanın yüngülləşdirilməsini istədi
“Yuventus”un və İtaliya millisinin müdafiəçisi Corco Kellini “Barselona”nın uruqvaylı hücumçusu Luis Suaresin 4 aylıq diskvalifikasiya müddətinin azaldılmasını xahiş edib.
Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Suares məhz Kellinini dişlədiyi üçün diskvalifikasiya olunub.
Xatırladaq ki, FİFA Suaresin istənilən futbol fəaliyyətindən 4 ay uzaqlaşdırılması, eləcə də Uruqvay millisinin 9 oyununu buraxması barədə qərar çıxarıb. Uruqvay Futbol Assosiasiyası qərardan şikayət etsə də, FİFA şikayəti rədd edib. Bundan sonra “Barselona” futbol klubu Lozannadakı İdman Arbitraj məhkəməsinə müraciət edib. Gözlənildiyinə görə, avqustun 8-də keçiriləcək dinləmədə Suaresin cəzası yüngülləşdirilə bilər.
Kellini bu insident barəsində dəfələrlə fikrini bildirdiyini vurğulayıb: “Mən Suaresin cəzasının yüngülləşdirilməsinin tərəfdarıyam. Düzdür, mənim fikrim nə FİFA-nın, nə də məhkəmənin qərarına təsir edə bilməz. Amma hesab edirəm ki, cəza həddən artıq sərt olub”.
Oxşar yazılar

"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31
Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar
26 iyul 2025 , 00:14
Yay transferinə ən çox pul xərcləyən ilk 5 klub – SİYAHI
25 iyul 2025 , 19:20
"Liverpul" bu yay tranferlərə 300 milyon xərcləyib
25 iyul 2025 , 17:51
Əfsanəvi italiyalı Ərəb Əmirliklərində baş məşqçi oldu
25 iyul 2025 , 15:45