Suares Jardelin “göstərici"sini təkrarladı
29 oktyabr 2014 10:53 (UTC +04:00)

Suares Jardelin “göstərici"sini təkrarladı

FİFA-nın açıqladığı “Qızıl top”a namizədlərin sırasında “Barselona”nın hücumçusu Luis Suares yer almayıb. Lent.az-ın məlumatına görə, 27 yaşlı forvard 2002-ci ildən bəri ilkə imza atmış olub. Qeyd edək ki, ötən mövsüm “Liverpul”un heyətində mükəmməl oyun sərgiləyən və “Qızıl buts” mükafatına sahib çıxan Suares dünya çempionatında rəqib oyunçunun çiynini dişlədiyi üçün 4 ay yaşıl meydanlardan uzaqlaşdırılmışdı. “El-Klasiko” ilə meydanlara qayıdan uruqvaylı qolçu Mario Jardeldən sonra “Qızıl buts” mükafatını qazanıb, “Qızıl top”a namizədlərin sırasına düşə bilməyən ikinci futbolçu olub.

Xatırladaq ki, 2001-2002 mövsümündə Jardel “Sportinq”in (Lissabon) heyətində 42 qol vuraraq, “Qızıl buts”u qazansa da, “Qızıl top”a namizədlərdən ola bilməmişdi. Həmin il “Qızıl top” mükafatı braziliyalı Ronaldoya verilmişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

Tengiz Məmmədov

Oxşar yazılar