Sona 10 tur qalmış “Qarabağ”dan 10 xallıq fərq
17 mart 2014 10:33 (UTC +04:00)

Sona 10 tur qalmış “Qarabağ”dan 10 xallıq fərq

Futbol üzrə Topaz Premyer Liqasında XXVI turun görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, hesabat turu lider “Qarabağ”ın çempionluğa doğru daha bir addım atması ilə əlamətdar olub.

 

Baş məşqçi Qurban Qurbanovun komandası mərkəzi oyunda “İnter”i səfərdə darmadağın edib. Daha bir maraq doğuran matçda “Qəbələ” “Bakı” üzərində qələbəni son anda əldən verib. “Neftçi” isə Vaqif Sadıqovun istefasından sonra baş məşqçisiz qalan AZAL-ı yenib. Bu nəticələrdən sonra flaqman 2-ci pilləyə yüksəlib. “Qarabağ” isə sona 10 tur qalmış ən yaxın izləyicisi ilə xal fərqini 10-a çatdırıb.

 

Autsayderlərə gəldikdə, “Sumqayıt” evdə “Xəzər Lənkəran”a, “Rəvan” səfərdə “Simurq”a uduzub.

 

16 mart (bazar)

 

“Bakı” – “Qəbələ” – 1:1

Qollar: Elvin Məmmədov, 90+1 – penalti ilə - Daniel Subotiç, 80

 

“Simurq” (Zaqatala) – “Rəvan” (Bakı) – 2:0

Qollar: Rəşad Eyyubov, 13. Draqan Çeran, 31

 

“Sumqayıt” – “Xəzər Lənkəran” – 0:1

Qol: Deyan Blajevski, 65 – penalti ilə 

 

“İnter” (Bakı) – “Qarabağ” (Ağdam) – 0:3

Qollar: Leroy Corc, 38; Vüqar Nadirov, 60; Maksim Medvedev, 89 

 

“Neftçi” (Bakı) – AZAL (Bakı) – 2:1

Qollar: Araz Abdullayev, 6; 44 - Con Oluremi, 90+3 – penalti ilə

 

Turnir cədvəli:

 

1

Qarabağ

26

16

7

3

47-14

55

2

Neftçi

26

13

6

7

39-33

45

3

Qəbələ

26

13

5

8

36-24

44

4

İnter

26

12

6

8

37-30

42

5

Bakı

26

12

6

8

41-28

42

6

Simurq

26

9

9

8

27-19

36

7

Xəzər L

26

8

10

8

27-35

34

8

AZAL

26

6

8

12

25-38

26

9

Rəvan

26

3

8

15

15-45

17

10

Sumqayıt

26

2

7

17

16-44

13

 

Bombardirlər: Reynaldo (“Qarabağ”) – 13, Vaqif Cavadov (“İnter”) - 12 qol.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885
avatar

Oxşar yazılar