
Son yarımfinalçılar müəyyənləşdi
ngiltərə Kubokunda daha bir yarımfinal cütlüyü bəlli olub. Apasport.az saytının məlumatına görə, bu gün son iki yarımfinalçının da adına aydınlıq gəlib.
"Viqan"la qarşılaşan "Sauthempton" ikinci hissədə vurduğu qollarla qələbə qazanıb.
Günün digər matçı daha maraqlı alınıb. "Lester" və "Çelsi" arasında keçirilən görüşün 90 dəqiqəsi 1:1 hesabı ilə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burda isə "zadəganlar"ın ispaniyalı futbolçusu Pedro Rodriges fərqlənərək, komandasını yarımfinala çıxarıb.
Beləliklə, İngiltərə Kubokunun yarımfinalında "Mançester Yunayted" "Tottenhem"lə, "Sauthempton" isə "Çelsi" ilə qarşılaşacaq.
İngiltərə FA kuboku
1/4 final
18 mart
"Viqan" - "Sauthempton" - 0:2
Qollar: Hoybyerq, 62; Sedrik, 90+1
"Lester" - "Çelsi" - 1:2
Qollar: Vardi, 76 - Morata, 42; Pedro, 105
Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39