Məşhur basketbol ulduzu komaya düşdü
14 oktyabr 2015 15:14 (UTC +04:00)

Məşhur basketbol ulduzu komaya düşdü

0

Məşhur amerikalı basketbolçu Lamar Odom komaya düşüb. "Los Ancels Lakers" basketbol komandasının keçmiş ulduzu Las Veqasda fahişəxanaların birində huşsuz vəziyyətdə tapılıb.

Lent.az-ın Türkiyə mətbuatına istindən məlumatına görə, L.Odom immunitet çatışmazlığı səbəbindən huşunu itirib və Nevadada xəstəxanaya yerləşdirilib.

 

Ulduz oyunçunun spirtli içki ilə dərman qəbul etdiyi iddia edilir.

 

Qeyd edək ki, L.Odom 2013-cü ildə spirtli içi və narkotik maddə istifadəsinə görə müalicə alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar