<span style="color:red;">ŞOK!  Azərbaycanın daha 9 ağırlıqqaldıranı cəzalandırıldı
12 aprel 2014 12:39 (UTC +04:00)

ŞOK! Azərbaycanın daha 9 ağırlıqqaldıranı cəzalandırıldı

0

 

 

Azərbaycanın daha 9 ağırlıqqaldıranı cəzalandırılıb. Lent.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar çıxarıb.

 

Bunlar Elxan Əliquluzadə, Yuliya Derkaç, Yuri Dudoqlo, Firudin Quliyev, Kristina Yovu, Aluda Manaqadze, Nailxan Nəbiyev, Nicat Rəhimov və Tatyana Varlamovadır. Dopinq-test nəticəsində Əlizuluzadə, Derkaç, Dudoqlodan dehidrometiltestosteron, Yovudan oksandrolon, Quliyev, Nəbiyev və Rəhimovdan oksandrolon və dehidrometiltestosteron, Varlamovadan dehidrometiltestosteron və stanozolol, Manaqadzedən oksandrolon, dehidrometiltestosteron və stanozolol aşkarlanıb. Onların hamısı 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Bununla da cəzalı ağırlıqqaldıranlarımızın sayı 18-ə çatıb.

 

Qeyd edək ki, daha öncə 9 ağırlıqqaldıranımız - Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kiriyenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitskaya, İntiqam Zairova və Zülfiqar Süleymanov cəzalandırılıb. Süleymanov ikinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün ömürlük, qalanları isə 2 il müddətinə diskvalifikasiya edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2264

Oxşar yazılar