ŞOK! Azərbaycan klubu 19 futbolçusunu qovdu
25 may 2013 11:03 (UTC +04:00)

ŞOK! Azərbaycan klubu 19 futbolçusunu qovdu

 

Topaz Premyer Liqasını 4-cü pillədə başa vuran Zaqatalanın “Simurq” klubunda 19 futbolçu ilə yollar ayrılıb.

 

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda məşqçilər korpusu qərar qəbul edib.

Müqavilə müddəti başa çatan legionerlərdən Tomislav Buşiç, Mario Bojiç, Marçin Burxart, Zdravko Popoviç, David Peterjkeviç, Anderson Oliveyra, Stepan Polyak, Dilaver Zrnanoviçlə və yerlilərdən Dmitri Kramarenko, Qərib İbrahimov, Rasim Ramaldanov, Mehman Məmmədov və Qafar Qafarovla yeni anlaşma imzalanmayıb. Həmçinin, icarə əsasında ötən mövsüm komandaya qatılan Murad Səttarlı, Nicat Qurbanov, Asif Mirili, Bəxtiyar Soltanov, Rüstəm Abbasov və Eyyub Əliyev aid olduqları klublara göndərilib.

Əvəzində “Simurq” ilk rəsmi transferini həyata keçirib. Zaqatala təmsilçisi ötən mövsümü AZAL-da keçirmiş gənc futbolçu Orxan Səfiyaroğlunu heyətinə qatıb. Onunla 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, “Simurq”u tərk edən futbolçulardan hələlik Qərib İbrahimovun AZAL-a, Rasim Ramaldanovun isə “Xəzər Lənkəran”a üz tutduğu dəqiqləşib.
 

# 1892
avatar

Oxşar yazılar

“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51
“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

5 may 2024 , 07:55
“Real”  36-cı dəfə   çempion oldu

“Real” 36-cı dəfə çempion oldu

4 may 2024 , 22:07
“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır

“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır

4 may 2024 , 20:00