Soçidə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı
09 fevral 2014 02:57 (UTC +04:00)

Soçidə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı

Fevralın 8-də Soçidə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib.


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və AOK-un icraedici komitəsinin üzvü Spiros Kapralos iştirak edib.


AOK-un prezidenti Patrik Hikki mətbuat konfransını açaraq Bakıda birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü diqqətə çatdırıb.

 

Prezident İlham Əliyevlə görüşündən danışan Patrik Hikki birinci Avropa Oyunlarına hazırlıq işlərinin dövlətimizin başçısının nəzarəti altında aparıldığını vurğulayıb. O, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

 


Gənclər və idman naziri Azad Rəhimov birinci Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını vurğulayıb. Nazir dörd idman qurğusunun inşa edildiyini diqqətə çatdırıb.

 

A.Rəhimov deyib ki, hazırda Bakıda Olimpiya stadionunun, Su İdman Sarayının tikintisi davam edir. Bildirilib ki, Gimnastika Mərkəzi bu yaxınlarda istifadəyə veriləcək.


Nazir nəqliyyat, idmançıların yerləşdirilməsi, iştirakçı ölkələrin nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi, yarışların təşkili və digər məsələlərlə bağlı genişmiqyaslı işlərin görüldüyünü bildirib.


Sonra jurnalistlərin birinci Avropa Oyunlarında 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya verilməsi, növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə, “Bakı-2015”ə hazırlıq prosesində könüllülərin iştirakı məsələləri barədə suallar cavablandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718
avatar

Oxşar yazılar