Slovakiya yığmasının futbolçusu “Rəvan”da
04 mart 2014 13:13 (UTC +04:00)

Slovakiya yığmasının futbolçusu “Rəvan”da

Bakının “Rəvan” klubu Slovakiya milli komandasının futbolçusu Kamil Kopuneklə müqavilə bağlayacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi artıq “sarı-qırmızılar”ın düşərgəsindədir.

 

O, yeni komandası ilə birgə məşqə çıxıb.

 

Qeyd edək ki, Trnava "Spartak”ının yetirməsi olan Kamil Kopunek 2010-cu ildə Rusiya “Saturn”unun, 2011-ci ildə İtaliya “Bari”sinin, 2012-2013-cü illərdə isə Bratislava “Slovan”ının şərəfini qoruyub. O, ötən ilin avqustunda “Slovan”ı tərk edərək, azad agent statusu alıb. Bu səbəbdən, Kopunekin “Rəvan”ın sifariş ərizəsinə daxil edilməsində problem olmayacaq. Digər tərəfdən, təcrübəli futbolçu 2010-cu il dünya çempionatında da mübarizə aparıb. O, hətta Cənubi Afrika Respublikasında keçirilmiş mundialda İtaliya yığması ilə görüşdə qol da vurub. Oyun isə Slovakiyanın qələbəsi ilə yekunlaşıb – 3:2.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar