Braziliyanın futbol yığmasının məşqçi korpusu istefaya göndərilib. Lent.az-ın məlumatına görə, futbol federasiyası dünya çempionatında biabırçı nəticə göstərən komandanın məşqçi heyəti ilə yollarını ayırıb.
Qeyd edək ki, Braziliya yığması bu dünya çempionatında tarixinin ən böyükhesablı məğlubiyyəti yadda qalıb. Komanda yarımfinalda Almaniyaya 1:7 hesabı ilə məğlub olub. Hollandiyaya isə 0:3 hesabı ilə uduzan Braziliya yığması ilk üçlüyə düşə bilməyib.