Bəhreyn Futbol Assosiasiyasının prezidenti şeyx Salman ibn İbrahim əl-Xəlifə Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti seçilib. Lent.az-ın məlumatına görə, əl-Xəlifə 46 mümkün səsdən 33-ünü alıb.
Əl-Xəlifə qətərli Məhəmməd ib-Həmmam prezident postunu tərk edəndən sonra onun vəzifəsini icra edən çinli Çjan Tszi Lunu əvəzləyib. Yeni rəhbər AFC-nin başında 2 il duracaq.