Serbiyanı “Bakı-2015” ilk Avropa Oyunlarında 113 idmançı təmsil edəcək
04 aprel 2015 08:31 (UTC +04:00)

Serbiyanı “Bakı-2015” ilk Avropa Oyunlarında 113 idmançı təmsil edəcək

Serbiyanı “Bakı-2015” ilk Avropa Oyunlarında təmsil edəcək idmançıların sayı 113-ə çatıb. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Serbiya Milli Olimpiya Komitəsinin idarə heyətinin toplantısında verilən bu məlumat qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 16 idman növü üzrə mübarizə aparacaq idmançıların siyahısına Serbiyanın su polosu üzrə kişilərdən və qadınlardan ibarət yığması, üç karateçi (Slobodan Biteviç, Marko Antiç və Branka Arandeloviç), dağ velosipedi idman növü üzrə Jovana Crnogorac, stolüstü tennis üzrə isə bu ölkənin qadınlardan ibarət millisi əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar