Amerikalı senatorlar hesab edir ki, 2018-ci ildə futbol üzrə dünya birinciliyinin Rusiyada keçirilməsinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyət FİFA-ya basqın etməlidir.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Goal” xəbər yayıb.
“Əgər təyyarə qəzasından və Avropa Birliyi tərəfindən sanksiya tətbiq edildikdən sonra da Rusiya prezidenti Vladimir Putin beynəlxalq ictimaiyyətin rəyinə məhəl qoymayaraq, Ukraynadakı rusiyayönlü terrorçulara silah-sursat və canlı qüvvə göndərərsə, o zaman bilmirəm beynəlxalq ictimaiyyət onu və hakimiyyətini necə qiymətləndirəcək.
Biz Rusiyanın DÇ-2018-i keçirmək hüququndan məhrum etməliyik. Putinin sakitləşəcəyini gözləmək lazım deyil. 2017 və 2018-ci ilin qışında birdən Ukraynada yenidən böhran yarandı”-deyə, amerikalı senator Kris Merfi bildirib.
Bir müddət öncə Almaniya, Britaniya və Niderland rəsmiləri DÇ-2018-i keçirmək hüququnun Rusiyadan alınaraq, başqa dövlətə verilməsini bildirmişdi.
FİFA isə bu idman tədbirinin Rusiyada keçirilməsinin boykot edilməsi ideyasının bəyənmədiyini dəstəkləmədiyini bəyan edib.
Xatırladaq ki, dünya birinciliyi 2018-ci il iyunun 8-dən iyulun 8-dək Rusiyada keçirilməlidir.