Semih “Fənərbağça”dan qovuldu
19 iyun 2013 15:01 (UTC +04:00)

Semih “Fənərbağça”dan qovuldu

Türkiyənin “Fənərbağça” klubu tanınmış futbolçusu Semih Şəntürklə yollarını ayırıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Semih rəhbərliyin onunla görüş üçün dəvətini rədd edib.

 

Bundan sonra 30 yaşlı hücumçunun meneceri ilə bir-araya gələn klub rəsmiləri Şəntürkün növbəti mövsüm üçün komandada nəzərdə tutulmadığını bildiriblər.

 

Qeyd edək ki, Semih Şəntürk 16 yaşından “Fənərbağça”nın heyətinə cəlb olunub. 2002-ci ilədək əvəzedici komandada və icarə əsasında “İzmirspor”da çıxış edən Şəntürk sonradan əsas heyətə cəlb olunub. O, “Fənər”in heyətində 200 oyuna 61 qol vurub. 

# 919
avatar

Oxşar yazılar