<span style="color:red;">İddiaçilar Turniri:  Şəhriyar Məmmədyarov 5-ci pilləyə şərik oldu - <span style="color:red;">YENİLƏNİB
18 mart 2014 19:00 (UTC +04:00)

İddiaçilar Turniri: Şəhriyar Məmmədyarov 5-ci pilləyə şərik oldu - YENİLƏNİB

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərindəki İddiaçılar turnirində növbəti oyununu keçirib. Lent.az-ın məlumatına görə, Məmmədyarov 5-ci turda qara fiqurlarla rusiyalı Sergey Karyakin qarşısına çıxıb.

 

31-ci gedişdə tərəflər sülhə razılaşıblar – 0,5:0,5. Bu nəticədən sonra 29 yaşlı təmsilçimiz aktivindəki xalların sayını 2-yə çatdırıb. Məmmədyarov keçirdiyi əvvəlki 4 oyunda Dmitri Andreykinə (Rusiya) qalib gəlib, Veselin Topalovla (Bolqarıstan) heç-heçə edib, Vişvanatan Anand (Hindistan) və Levon Aronyana (Ermənistan) uduzub.

 

5-ci turun digər görüşlərinə gəldikdə, Peter Svidler (Rusiya) Veselin Topalova (Bolqarıstan) qalib gəlib. Vladimir Kramnik (Rusiya) – Levon Aronyan (Ermənistan) və Dmitri Andreykin (Rusiya) – Vişvanatan Anand (Hindistan) görüşləri heç-heçə ilə nəticələnib – 0,5:0,5.

 

Bu nəticələrdən sonra Anand 3,5 xalla liderliyini davam etdirir. Svidler, Aronyan və Kramnik hərəyə 3 xalla 2 – 4-cü, Məmmədyarov, Topalov və Karyakin hərəyə 2 xalla 5 – 7-ci yerləri bölüşür. Sonuncu pillədəki Andreykinin isə 1,5 xalı var.

 

***

16.45

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərindəki İddiaçılar turnirində növbəti oyununu keçirib. Lent.az-ın məlumatına görə, Məmmədyarov 5-ci turda qara fiqurlarla rusiyalı Sergey Karyakinin qarşısına çıxıb.

 

31-ci gedişdə tərəflər sülhə razılaşıblar – 0,5:0,5. Bu nəticədən sonra 29 yaşlı təmsilçimiz aktivindəki xalların sayını 2-yə çatdırıb. Məmmədyarov keçirdiyi əvvəlki 4 oyunda Dmitri Andreykinə (Rusiya) qalib gəlib, Veselin Topalovla (Bolqarıstan) heç-heçə edib, Vişvanatan Anand (Hindistan) və Levon Aronyana (Ermənistan) uduzub.

 

Hazırda 5-ci turun digər görüşləri davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891

Oxşar yazılar