Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub etdi
24 mart 2014 10:04 (UTC +04:00)

Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub etdi

Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə İddiaçılar Turnirində 9-cu turun görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 9-cu turda ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.

 

Görüş Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Aronyan 44-cü gedişdə təslim olub. Digər oyunlarda Sergey Karyakin (Rusiya) Vladimir Kramnikə (Rusiya), Vişvanatan Anand (Hindistan) Veselin Topalova (Bolqarıstan) qalib gəlib – 1:0. Dmitri Andreykin (Rusiya) – Peter Svidler (Rusiya) matçında isə heç-heçə qeydə alınıb – 0,5:0,5.

 

Beləliklə, İddiaçılar Turnirində 3-cü qələbəsini qazanan Məmmədyarov üst-üstə topladığı 4,5 xalla Kramnik və Karyakinlə birgə 3 – 5-ci pillələri bölüşür. Anand 6 xalla lider, Aronyan 5 xalla 2-cidir. Svidler və Andreykin hərəyə 4 xalla 6-7-ci yerlərdə, Topalov isə 3,5 xalla 8-ci yerdə qərarlaşıb.

 

10-cu turda Məmmədyarov qara fiqurlarla Ananda rəqib olacaq. Karyakin Andreykinlə, Kramnik Svidlerlə, Aronyan Topalovla üz-üzə gələcək. Görüşlər martın 25-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar