Şarapova dünyanın 131-cisinə uduzub
27 iyun 2013 02:47 (UTC +04:00)

Şarapova dünyanın 131-cisinə uduzub

Şarapova dünyanın 131-ci raketçisinə uduzub

Rusiyanın tennis ustası, dünyanın üçüncü raketçisi sayılan Mariya Şarapova sensasiyalı məğlubiyyətlə üzləşib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, 20 yaşlı portuqaliyalı Mişel Larşer de Brita Uimbildonun ikinci dövrəsində uduzub.

 

De Brita əvvəllər bu nüfuzlu yarışın üçüncü raundunda heç vaxt oynamayıb və bu günə kimi dünyanın 131-ci raketçisi sırasındadır. Onun növbəti rəqibi italiyalı Karin Knappdır.

 

Bununla  belə Uimbildonda zədə üzündə artıq 7 iştirakçı yarışı tərk edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar