Şahmatçımız uğursuzluğunun səbəbini bilmir
15 mart 2014 21:07 (UTC +04:00)

Şahmatçımız uğursuzluğunun səbəbini bilmir

Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Lent.az-ın məlumatına görə, Xantı-Mansiskdə keçirilən yarışın 3-cü oyun günündə həmyerlimiz Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla ağlarla oyunda məğlub olaraq, 3 oyundan sonra 0,5 xalla sonuncu pillədədir.

 

Şahmatçımız «İTAR-TASS»-a müsahibəsində deyib: «Mənə nə olduğunu bilmirəm. Turnirdən öncə özümü yaxşı hiss etmişəm. Yaxşı hazırlaşmışam. Yarış başlayanda məlum oldu ki, mən ideal formadan çox uzağam».

 

Şahmatçımız müsahibəsində rəqiblərlə oyunun təhlil etdikdən sonra irəlidə daha 11 oyunun olduğunu, mübarizəni davam etdirəcəyini vurğulayıb.

 

Xatırladaq ki, yarışın ilk günündə Şəhriyar Məmmədyarov Veselin Topalovla xalları yarı bölüb, ikinci oyunda  erməni Levon Aronyana məğlub olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904

Oxşar yazılar