Azərbaycan şahmatçısı Misrətdin İsgəndərov İranın Məşhəd şəhərində keçirilmiş sayca 22-ci “Fəcr Open” beynəlxalq festivalında bürünc medal qazanıb. Lent.az-ın məlumatına görə, İsveçrə sistemi ilə 9 turdan ibarət festivalda İsgəndərov A qrupunda mübarizə aparıb.
O, 6.5 xal yığaraq, qaib şahmatçı Masud Mosadeğpurdan cəmi 0,5 xal geri qalıb. A qrupunda mübarizə aparan digər şahmatçımız Vüqar Rəsulov isə 5.5 xalla 12-ci olub. Mələk İsmayıl B qrupunda 5,5 xalla 21-ci, Qara Balacayev 5 xalla 27-ci olub. C qrupundakı Fərid Ələkbərov isə 4,5 xal yığa bilib.
Qeyd edək ki, festivalda Azərbaycan, Gürcüstan, İran, Ermənistan, Əfqanıstan, İraq və digər ölkələrdən 182 şahmatçı yarışıb.