Sadıq Sadıqov: “Neftçi” tam gücü ilə oynamırdı” - MÜSAHİBƏ
29 may 2013 03:26 (UTC +04:00)

Sadıq Sadıqov: “Neftçi” tam gücü ilə oynamırdı” - MÜSAHİBƏ

Sadıq Sadıqov: “Neftçi” tam gücü ilə oynamırdı” - MÜSAHİBƏ

 

“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran”la Azərbaycan Kubokunun final matçından sonra Lent.az-ın suallarını cavablandırıb...

 

- Oyun haqda nə deyə bilərsiniz?

 

- Hər iki komanda əzmkar oyun göstərdi. 120 dəqiqə oyun getdi, amma hesab açılmadı. Buna görə də penalti seriyasına müraciət olundu. Penalti isə lotereyadır da... Nəticədə qələbə “Neftçi”nin qismətində oldu.

 

- Sizcə, “Neftçi” Premyer Liqanı 9-cu pillədə başa vurmuş “Xəzər Lənkəran”ı daha rahat udmalı deyildi...

 

- “Neftçi” çempion komandadır. Hamının fikri evində-eşiyindədir. Ruslar demişkən, çamadan əhval-ruhiyyəsindədirlər. Komandamızın bu oyuna adaptasiya olunması həddən artıq çətin idi. Futbolçularımızın yorğunluğunu, matça çempion kimi çıxdıqlarını və bir qədər arxayınçılıqlarını nəzərə almalıyıq. “Neftçi” tam gücü ilə oynamırdı. Komandada nə isə çatmırdı. Mənə elə gəlir ki, arxayınçılıq var idi. “Xəzər Lənkəran” isə oyuna çox ciddi hazırlaşmışdı. Nəticədə oyun 120 dəqiqəyədək davam etdi.

 

- “Neftçi” tarixində ilk dəfə “qızıl dubl” etdi...

 

- Şükür Allaha, bu, bizə qismət oldu. Keçən mövsüm də “qızıl dubl” etməli idik. Lakin “Bakı” ilə Azərbaycan Kubokunun final matçında alınmadı. Amma indi yenidən ələ düşən fürsəti qaçırmamaq istəyirdik və buna da nail olduq. 

 

- Bəs bu, Avropa kubokları üçün istədiyiniz heyətdirmi?

 

- Xeyr, istədiyimiz heyət deyil. Qızıl medal aldıqdan sonra da demişəm ki, Çempionlar Liqasında ölkəmizi normal təmsil etmək üçün əlavə 3-4 oyunçu almalıyıq. Qapıçımız Emil Balayev çox perspektivli olsa da, Çempionlar Liqasında əsas qapıçı Saşa Stamenkoviçi əvəzləyəcək səviyyədə deyil. Eyni zamanda, müdafiəçi, yarımmüdafiəçi və hücumçu axtarışındayıq. Artıq bir qədər rahatladıq. Bundan sonra yeni transferlər üçün axtarışlara başlayacağıq. Yerli qapıçı alsaq, legioner limitinə görə, bir qədər yaxşı olar. Amma axtarışdan sonra qərar verəcəyik.

 

- Çempionlar Liqasında hədəfiniz nədir?

 

- Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə düşdük. İndi də Çempionlar Liqasının qrup mərhələsinə düşərək tarix yazmaq istəyirik. Qismət Allahdandır...

 

 

# 1056
avatar

Oxşar yazılar