FİFA-nın sabiq vitse-prezidenti Ceffri Uebb maraqlı etirafla çıxış edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, DÇ-2018 və DÇ-2022-nin ev sahibliyinin müəyyənləşməsi zamanı rüşvət götürdüyünü etiraf edib.
O bununla bağlı çıxdığı məhkəmədə rüşvət götürdüyü üçün peşmanlıq keçirdiyini söyləyib: “Mən bu hüquqların satılmasında qazanc əldə etmək üçün öz vəzifəmdən sui-istifadə etmişəm. Amma indi buna görə heyfsilənirəm”.
Etirafından sonra Uebb ABŞ-a ekstradisiya olunub. Orda məhkəmə qarşısına çıxarılan sabiq FİFA rəsmisi dələduzluq etdiyini boynuna alıb.