Rusiya və Türkiyə komandalarının Bakıya gəlmə vaxtı açıqlandı
12 mart 2014 12:13 (UTC +04:00)

Rusiya və Türkiyə komandalarının Bakıya gəlmə vaxtı açıqlandı

Qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının “4-lər finalı” iştirakçılarının Bakıya gəlmə vaxtı açıqlanıb. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Türkiyənin “Eczacıbaşı” komandasını gətirən təyyarə martın 12-də saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

 

Ertəsi gün saat 15:10-da Rusiyanın “Dinamo” (Kazan) klubu paytaxtımızda olacaq. Türkiyənin daha bir təmsilçisi “Vakıfbank”da fevralın 13-də ölkəmizə gələcək.

 

Qeyd edək ki, “Rabitə”nin ev sahibi qismində qatılacağı “4-lər finalı” “Crystal Hall”da baş tutacaq. Martın 15-də Azərbaycan təmsilçisi “Dinamo”nu, “Vakıfbank” isə “Eczacıbaşı”nı sınağa çəkəcək. Qaliblər ertəsi gün finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar