Rus xakerlər WADA-nı “vurdu”
14 sentyabr 2016 07:53 (UTC +04:00)

Rus xakerlər WADA-nı “vurdu”

0

Rusiyalı internet quldurları Dünya Antidopinq Agentliyinin (WADA) internet saytını dağıdıb. Apasport.az-ın məlumatına görə, şimallı xakerlərin əsas hədəfi amerikalı idmançılar olub.

 

Belə ki, qurum açıqlamasına əsasən, Rio-2016 Yay Olimpiya Oyunlarında çıxış edən idmançıların gizli sağlıq məlumatlarını mediaya sızdırılıb. “Fancy Bear” adlanan qrupun məsuliyyəti üzərinə aldığı hücumda aralarında tennisçi Serena Uilyams və gimnast Simone Bilesin də olduğu bir neçə atletin qovluqları ələ kecirilib.

 

WADA-nın icraçı direktoru Olivier Niqqli bu hücumu dopinqə qarşı mübarizəni baltalamaq cəhdi kimi təqdim edib.

 

Qeyd edək ki, rus atletlər dopinq qalmaqalı səbəbindən Olimpiadaya buraxılmamışdılar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar