Rumıniya yığmasının yeni baş məşqçisi bəlli oldu
18 sentyabr 2017 03:36 (UTC +04:00)

Rumıniya yığmasının yeni baş məşqçisi bəlli oldu

0

Buxarest “Dinamo"suna rəhbərlik edən Kosmin Kontra Rumıniya yığmasının yeni baş məşqçisi təyin edilib.

 

APA-nın xəbərinə görə, bu barədə ölkə futbol Federasiyasının saytında bildirilir.

 

42 yaşlı mütəxəssis istefaya göndərilən Kristof Daumu əvəzləyəcək. Məlumata görə, K.Kontra ilə iki illik müqavilə imzalanıb. Tanınmış almaniyalı məşqçi K.Daum 2016-cı ildə Rumıniya millisinə gətirilmişdi. Onun rəhbərliyi altında rumınlar DÇ-2018-in seçmə mərhələsində səkkiz oyunda cəmi 9 xal toplayaraq qrupdan çıxmaq şansını tamamilə itiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar