Apasport.az saytının məlumatına görə, IX tur çərçivəsində ciddi sınaq qarşısında olan Azərbaycan milliləri fərqli nəticələrə imza atıblar.
Belə ki, bir gün öncə Çinə uduzaraq, liderliyi əldən verən kişilərdən ibarət millimiz yenə xal itkisi ilə üzləşib. Aleksandr Xolifmanın rəhbərlik etdiyi komandamız Rumıniya ilə xalları yarı bölüb.
Onlardan fərqli, Braziliya millisi ilə üz-üzə gələn qadınlardan ibarət yığmamız asan qələbə qazanıb. Fikrət Sideifzadənin yetirmələrindən yalnız Gülnar Məmmədova heç-heçə oynayıb. Digərləri isə rəqiblərini mat edərək, millimizin qələbəsində pay sahibi olublar.
11 avqust
IX tur
Kişilər
AZƏRBAYCAN - RUMINİYA - 2:2
Qadınlar
AZƏRBAYCAN - BRAZİLİYA - 3,5:0,5