Bakı şəhərinin futbol üzrə 2020-ci il Avropa çempionatına namizədliyi ilə bağlı Sifariş Kitabının hazırlanması üçün İşçi Qrup yaradılacaq. Lent.az-ın məlumatına görə, bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev əmr verib.
İşçi Qrupun rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədov təyin olunub. Əmrin icrasına nəzarəti Abdullayev öz üzərinə götürüb. Sifariş Kitabı UEFA-ya təqdim olunacaq.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə Sifariş Kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.