Rövnəq Abdullayev: Bu, hər birimizin uğurudur
19 sentyabr 2014 19:34 (UTC +04:00)

Rövnəq Abdullayev: Bu, hər birimizin uğurudur

"2020-ci ildə təşkil olunacaq Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 

Bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Abdullayev AFFA-nın rəsmi saytına açıqlamasında bu qərarla bağlı fikirlərini bildirib: “Bakının Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir, hər birimizin uğurudur və inanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bir daha ölkəmizin futbolsevərlərini və möhtərəm Prezidenti bu əlamətdar hadisə münasibətilə təbrik edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039
avatar

Oxşar yazılar