AFFA prezidenti: <b>"Məgər Braziliyaya çatmalıyıq?"</b>
07 mart 2014 13:58 (UTC +04:00)

AFFA prezidenti: "Məgər Braziliyaya çatmalıyıq?"

 “Ən vacib məsələ futbolun populyarlaşması, azarkeşlərin stadionlara gəlməsidir". Lent.az-ın məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, paytaxtı təmsil edən klubların bölgələrə yayılması təklifində yenə qalır.

Abdullayev onu da bildirib ki, "Sumqayıt" Topaz Premyer Liqasından çıxarılmayacaq. "Əksinə, regionlarda bir neçə "Sumqayıt" layihəsi həyata keçiriləcək: Bu, heyətində xarici futbolçu oynamayan komandadır. Belə komandaları saxlamaq lazımdır".

O, Premyer Liqanın dünyadakı bütün milli çempionatlar arasında 43-cü pilləyədək irəliləməsini də xüsusi vurğulayıb: "Bunu da deməliyik. Məgər Braziliya səviyyəsinə gəlib çatmalı idik?"

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar