Ronaldudan yeni rekord
19 mart 2014 12:54 (UTC +04:00)

Ronaldudan yeni rekord

İspaniya “Real Madrid”inin futbolçusu Kriştianu Ronaldu “kral klubu”nun heyətində bütün yarışlarda vurduğu qol sayını 243-ə çatdırıb. Lent.az-ın məlumatına görə, ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Ronaldu Almaniya “Şalke”sini 2 dəfə məyus edib.

 

Oyun isə madridlilərin qələbəsi ilə yekunlaşıb – 3:1. Bununla da 29 yaşlı hücumçu “Real Madrid”in bombardirləri siyahısında Ferents Puşkaşı (242) keçərək, 4-cü pilləyə qalxıb. İndi portuqaliyalı ulduz Raul (323), Alfredo Di Stefano (308) və Karlos Santilyananı (290) qabaqlayır.

 

Ronaldu Çempionlar Liqasının bir mövsümündəki qol sayında şəxsi rekordunu da təzələyib. Artıq 13 dəfə fərqlənən futbolçunun növbəti matçlarda yenə fərqlənəcəyi gözlənilir. Hələlik “Qızıl top” sahibi Çempionlar Liqası matçlarında üst-üstə 63 qol vurub. Bunun 48-i “Real Madrid”in, 15-i isə İngiltərə “Mançester Yunayted”inin heyətində qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar