İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliya milli komandasının bombardirlər siyahısında birinci yerə çıxıb. Lent.az-ın məlumatına görə, “Qızıl top”un ikiqat sahibi Pedro Pauletaya məxsus rekordu yeniləyib.
Kamerunla yoldaşlıq görüşündə Ronaldu “dubl” edərək, yığmadakı qollarının sayını 49-a çatdırıb. O, 110 matçda bu qədər fərqlənə bilib. Pauleta isə 88 oyuna 47 qol vurub.
Qeyd edək ki, Kamerunla görüş Portuqaliyanın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:1.