Ronaldu: <b>“Qorxurdum”</b>
24 aprel 2014 11:02 (UTC +04:00)

Ronaldu: “Qorxurdum”

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu Almaniya “Bavariya”sı ilə Çempionlar Liqasının ilk yarımfinal matçındakı qələbəni şərh edib. Lent.az-ın məlumatına görə, portuqaliyalı hücumçu zədədən sonra oyuna hazır olduğunu bildirib.

 

Bununla belə, Ronaldu meydanda olduğu 73 dəqiqə ərzində yenidən zədə alma riskini də qabardıb: “Mən qorxurdum, çünki 3 həftəlik yoxluğumdan sonra ilk matçım idi. Özümü yaxşı hiss edir və gələn oyunlarda komandaya kömək etməyə hazıram”.

 

Ulduz futbolçu evdə 1:0 hesablı qələbəni yaxşı nəticə sayıb: “Çünki biz səfərdə qol vursaq, münhenlilərin finala çıxmaları çox çətin olacaq. Fikrimcə, cavab görüşü gərgin keçəcək. Kiçik üstünlüyümüz var, amma bunun finala çıxmağa yetərli olub-olmayacağına baxarıq”.

 

Qeyd edək ki, cavab görüşü aprelin 29-da olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar