Portuqaliya millisinin və “Real Madrid”in futbolçusu Kriştiano Ronaldo daha bir rekordu təzələyib. Lent.az-ın məlumatına görə, futbolçu son olaraq La Liqada “Vilyareal” ilə qarşılaşmada fərqlənərək bu il liqada vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da portuqaliyalı 60 ildən sonra 5 oyuna 10 qol vuran ilk futbolçu adını qazanıb.
Qeyd edək ki, bundan əvvəl 1953-cü ildə Ladislav Kubala və 1954-ci ildə isə Manuel Fernandes 5 oyuna 10 qol vurub.