Braziliya millisinin keçmiş hücumçusu Ronaldo klub almaq istəyir. Apasport.az saytının məlumatına görə, “El Fenomeno” ləqəbli əfsanəvi forvard “Valyadolid”ə elçi düşüb.
Ronaldo ötən mövsümü İspaniya Sequndasını 6-cı pillədə bitirən komandaya 30 milyon avro ödəmək fikrindədi.
Yerli mətbuat iddia edir ki, artıq “El Fenomeno” ilə klub prezidenti Karlos Suarez arasında danışıqlar başlayıb.
Qeyd edək ki, “Valyadolid” 2013/14 mövsümündən bəri Primerada çıxış etmir.