Apasport.az saytının məlumatına görə, UEFA ənənəvi sorğusunun nəticələrini Monakoda açıqlayıb.
Çempionlar Liqasının qrup mərhələsinin püşkatması mərasimində qitənin ən yaxşı oyunçusunun da adı bəlli olub. Qitənin ən yaxşısı adına Aryen Robben (Hollandiya, “Bavariya”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”) və Manuel Noyer (Almaniya, “Bavariya”) iddia edib. UEFA-nın qərarına uyğun olaraq, 2013/2014-cü illər mövsümünün ən yaxşı oyunçusu adını Ronaldo qazanıb.
Qeyd edək ki, ilk dəfə 2010/11 mövsümündə təqdim olunan mükafatı əvvəl Lionel Messi, sonra isə Andres İnyesta (2011/12) və Frank Riberi (2012/13) səsvermənin qalibi olmuşdu.