Ronaldo: “Forbes” bütün gəlirimi bilir”
05 avqust 2017 02:29 (UTC +04:00)

Ronaldo: “Forbes” bütün gəlirimi bilir”

 

“Real”ın hücumçusu Kriştianu Ronaldo məhkəmədə ifadə verib.

 

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, vergidən yayınmaqla ittiham olunan Ronaldo bunları deyib:

 

“Mən hər zaman - Portuqaliyada da, İngiltədə də, İspaniyada da üzərimə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmişəm. Nəyisə gizlətməyim qeyri-mümkündü. Mən açıq kitab kimiyəm. Məsələn, “Forbes” jurnalı mənim bütün gəlirlərim haqda məlumatlıdır.

 

Mən komandama inanıram. Onlara yüksək məvacib ödəyirəm ki, hər bir işi lazımi qaydada görsünlər. 2014-cü ildə bütün vergiləri ödəmişəm.

 

Altıncı sinfə qədər oxumuşam. Yalnız yaxşı futbol oynamağı bacarıram. Əgər vəkillərim deyirlərsə ki, hər şey qaydasındadı, onlara inanıram”.

 

Xatırladaq ki, Ronaldo 2011-2014-cü illər aralığında vergi orqanlarından 14,7 milyon avronu gizlətməkdə şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar