Braziliya millisinin sabiq üzvü Ronaldinyo Meksikanın Sinko Estrelyas Deportivo" klubu ilə 1 oyunluq müqavilə imzalayıb. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumatına görə, 36 yaşlı futbolçu bu barədə özünün "Facebook" hesabından bildirib. O, Meksikanın 3-cü divizion təmsilçisinin heyətində yoldaşlıq görüşündə iştirak edəcək.
Qeyd edək ki, Ronaldinyo açıqlamalarının birində daha 1 il futbol oynamaq istədiyini bildirib.