Çempionlar Liqası: Roma və Portoda qol yağışı
18 sentyabr 2014 02:08 (UTC +04:00)

Çempionlar Liqası: Roma və Portoda qol yağışı

Apaspot.az saytının məlumatına görə, azarkeşlər daha 16 qarşılaşma izləyə bilib.

 

İkinci oyun gününün mərkəzi matçı Almaniyada baş tutub. Burada son mövsümün iki ölkə çempionu - “Bavariya” ilə “Mançester Siti” münasibətlərinə aydınlıq gətirib. Maraqlı keçən oyunda azarkeşlər yalnız bir qola şahidlik edib. Oyunun 90-cı dəqiqəsində Boatenq mançesterliləri cəzalandıraraq, komandasına 3 xal qazandırıb. Dumanlı Albionun digər təmsilçisi “Çelsi” isə dogma azarkeşləri önündə “Şalke”ni sınağa çəkib. Hərəyə bir dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb – 1:1.

 

“Ayaks”- PSJ (1:1), “Maribor” - “Sportinq” (1:1) və  “Atletik” - “Şaxtyor” (0:0) görüşündə də komandalar meydandan bir xalla ayrılmağı bacarıb .“Barselona” isə APOEL-i tək qolla məğlub edib. Günün ən qollu matçları Roma və Porto şəhərlərində baş tutub. Burada hər iki şəhərin eyni adlı klubları darmadağınlı qələbəyə sevinib. Belə ki, “Porto” BATE-nin qapısından 6 top keçirib. “Roma” isə Moskva MOİK-inin torunu 5 dəfə silkələyib.

 

Çempionlar Liqası

I tur

17 sentyabr

E qrupu

“Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 1:0

Qol: Boatenq, 89

 

“Roma” (İtaliya) - MOİK (Moskva, Rusiya)  - 5:1

Qollar: İturbe, 7, Cervinyo, 10; 31, Maykon, 20, İqnaşeviç, 50-avtoqol - Musa, 82

 

F qrupu

“Barselona” (İspaniya) - APOEL (Kipr) - 1:0

Qol: Pike, 28

 

“Ayaks” (Hollandiya) - PSJ (Fransa) - 1:1

Qollar:  Şon, 74 - Kavani, 14

 

G qrupu

"Çelsi” (İngiltərə) – “Şalke” (Almaniya) - 1:1

Qollar: Fabreqas, 11 - Huntelaar, 62

 

“Maribor” (Sloveniya) – “Sportinq” (Portuqaliya) - 1:1

Qollar: Zahoviç, 90+2 - Nani, 80

 

H qrupu

“Porto” (Portuqaliya) - BATE (Belarus) - 6:0

Qollar: Brahimi, 6; 32; 57, Martines. 37, Adrian, 66, Aboubakar, 76

 

“Atletik” (İspaniya) – “Şaxtyor” (Ukrayna) - 0:0

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Oxşar yazılar