Robert Prosineçki: “Futbolçular artıq özlərinə inanırlar”
09 oktyabr 2015 21:24 (UTC +04:00)

Robert Prosineçki: “Futbolçular artıq özlərinə inanırlar”

“Komanda 5 gündü bir yerdədi. Hazırlıq əla gedir, məşq prosesindən razı qalmışam”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamız sabah İtaliya millisini qəbul edəcək.

 

Matçdan öncə mətbuat konfransı keçirən Prosineçki “Skuadra Adzurra” ilə görüşdə sona qədər mübarizə aparacaqlarını bildirib: “Bizi sabah çətin rəqib gözləyir. Dörd qat dünya çempionu ilə oynayacağıq. Qrupumuzun lideridi. Komandada hiss edirəm ki, inam qayıdıb. 4 oyundu uduzmuruq, futbolçular artıq özlərinə inanırlar. Əminəm ki, sabah da yaxşı oyun göstərəcəklər”.

 

- Sabah yaxşı oyuna ümid edirsiz, yoxsa nəticəyə?

- Mənim üçün həm yaxşı oyun, həm də yaxşı nəticə lazımdı. Xorvatiya yığması da Bakıya gələndə inanırdı ki, Avropa çempionatına vəsiqəni qazanacaq. Amma siz də gördüz ki, başqa nəticə oldu. Futbolçularıma dedim ki, mənim üçün yaxşı nəticə lazımdı. Əlimizdən gələni edəcəyik ki, İtaliya sabah rahat oynamasın və nəticə bizim üçün yaxşı olsun.

 

- Əvvəlki oyunlarda olduğu kimi, start heyətini açıqlayacaqsızmı?

- Bəli, mən hər oyun qabağı heyəti açıqlayıram. Bu gün bunu edə bilməyəcəm. Çünki dünənki məşqdə 2 oyunçu yüngül zədə alıb. Bugünkü məşqi gözləməliyəm. Ümid edirəm ki, vəziyyətləri yaxşıdır. Amma bu gün heyəti açıqlaya bilməyəcəm. Hansı oyunçuların zədə aldığını açıqlamaq istəmirəm. Çünki İtaliyadan gələn həmkarlarımız da burdadılar. Məşqdən sonra biləcəm ki, onlar sabahkı matçda oynaya biləcəklər, ya yox. Hər şey yaxşı olsa, sabahkı heyətdə Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Dmitri Nazarov, Ruslan Qurbanov və Əfran İsmayılov start heyətində yer alacaqlar.

 

- Berti Foqtsla sizin komandanız arasında nə kimi fərq var? Əldə etdiyiniz nəticələr sizi qane edirmi?

- Mən keçmişi ətraflı yada salmaq və müqayisə etmək istəmirəm. Deyə bilərəm ki, qısa zamanda Azərbaycan yığması özünə inanmağa başladı və gözəl oyun göstərdi. Biz 4 oyundu uduzmuruq. Səfərdə Norveçlə, Bakıda Xorvatiya yığması ilə heç-heçə oynadıq. Hər məşqçinin öz fəlsəfəsi var. 9 aydı Azərbaycandayam. Oyunçular məni başa düşürlər və tələb etdiyi futbolu oynayırlar. Məndə olan məlumata görə, bu günə kimi 40 min bilet satılıb. İnanıram ki, sabahkı matçda da komandam öz bacarığını göstərəcək. Mən həmişə demişəm ki, Azərbaycanda güclü futbolçular var. Bunun nəticəsini də görürük.

# 168
avatar

Oxşar yazılar

Messi ABŞ-nin ən populyar idmançısı oldu

Messi ABŞ-nin ən populyar idmançısı oldu

24 fevral 2024 , 02:11
Kriştiano sevgilisinə hava öpüşü göndərdi -  VİDEO

Kriştiano sevgilisinə hava öpüşü göndərdi - VİDEO

23 fevral 2024 , 19:33
“Bavariya”dakı işini  XATIRLADI

“Bavariya”dakı işini XATIRLADI

23 fevral 2024 , 18:02
"Fənərbaxça"nın Konfrans Liqasındakı rəqibi bilindi

"Fənərbaxça"nın Konfrans Liqasındakı rəqibi bilindi

23 fevral 2024 , 16:27
“Mançester Siti” onunla  müqaviləni uzadacaq

“Mançester Siti” onunla müqaviləni uzadacaq

23 fevral 2024 , 16:05
"Bayer" yenidən  "Qarabağ"ın rəqibi   oldu

"Bayer" yenidən "Qarabağ"ın rəqibi oldu

23 fevral 2024 , 15:20
Avropa Liqası tarixinin  bombardiri   oldu

Avropa Liqası tarixinin bombardiri oldu

23 fevral 2024 , 14:17
"Qarabağ"  müqaviləsinin uzadılmasını   təklif etdi

"Qarabağ" müqaviləsinin uzadılmasını təklif etdi

23 fevral 2024 , 12:18