Rio-2016: Üzgüçümüz gümüş medal qazandı
15 sentyabr 2016 02:06 (UTC +04:00)

Rio-2016: Üzgüçümüz gümüş medal qazandı

0

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan üzgüçüsü Roman Saley gümüş medal qazanıb

 

APA-nın məlumatına görə, arxası üstə üzmə üsul ilə yarışların finalında Roman Saley 100 metr məsafəni 1:00,91 saniyəyə qət edib.

 

Qeyd edək ki, bundan əvvəl R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında 4-cü nəticə göstəribÖtən gün isə Romanın qardaşı Dmitri Saley 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazanıb.

 

Beləliklə, Azərbaycan Paralimpiya Oyunlarında medalların sayını 9-a çatdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar